Bank Of Baku

15 yaşlı məktəbli qızı qətlə yetirən şəxs 23 il azadlıqdan məhrum edilib

15 yaşlı məktəbli qızı qətlə yetirən şəxs 23 il azadlıqdan məhrum edilib
# 08 iyun 2009 12:57 (UTC +04:00)
Moskva-APA. Moskva şəhər məhkəməsi 15 yaşlı məktəbli Anna Beşnovanı qətlə yetirən Özbəkistan vətəndaşı Farxod Tursunovu 23 il müddətinə azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, Tursunov cəzasını ağır rejimli islah-əmək düşərgəsində çəkəcək, bundan başqa məhkəmə qızın valideynlərinə 4 milyon rubl təzminat ödənməsi barədə qərar çıxarıb. Prokuror Tursunovun 21 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakim daha sərt qərar vermək tərəfdarı olub. Qeyd edək ki, ötən ilin oktyabrın Moskva həyətlərindən birində boğularaq öldürülmüş, üzərində zorakılıq əlamətləri olan 15 yaşlı Anna Beşnovanın cəsədi tapılıb. Faktla bağlı Özbəkistan vətəndaşı saxlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR