Bank Of Baku

Donetskdə qəza baş vermiş kömür mədənindən 2 fəhlənin meyiti çıxarılıb

Donetskdə qəza baş vermiş kömür mədənindən 2 fəhlənin meyiti çıxarılıb
# 08 iyun 2009 15:01 (UTC +04:00)
Donetsk – APA. Ukraynanın Donetsk vilayətində qəza baş vermiş Skoçinski adına kömür mədənindən 2 fəhlənin meyiti çıxarılıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Ukrayna Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəza zamanı yerin altında 53 fəhlə olub. Onlardan 38-i sağ-salamat, 1-i yaralı halda xilas edilib, 12 nəfərin taleyi isə hələlik naməlumdur. Prezident Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkoya qəzanın səbəblərini araşdırmaq üçün təcili şəkildə hökumət komissiyası yaratmaq, eləcə də qəzada zərər çəkənlərə yardım etmək və qəzanın nəticələrini aradan qaldırmaq üçün kompleks tədbirlər planı hazırlamaq barədə təlimat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR