Bank Of Baku

“İçkeriya prezidenti” Doku Umarov xüsusi əməliyyat zamanı öldürülüb - FOTO

“İçkeriya prezidenti” Doku Umarov xüsusi əməliyyat zamanı öldürülüb - <font color=red>FOTO</font>
# 08 iyun 2009 16:58 (UTC +04:00)
Mahaçkala-APA. Şimali Qafqazda keçirilən xüsusi əməliyyat nəticəsində tanınmamış “İçkeriya Respublikası”nın “prezidenti” Doku Umarov öldürülüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb. Hələlik bu məlumat rəsmən təsdiqlənməyib. Bəzi mənbələr cəsədin tanınması məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirildiyini bildirirlər.

Qeyd edək ki, iyunun 5-də keçirilən xüsusi əməliyyat zamanı Çeçenistanla İnquşetiyanın sərhədindəki dağlıq ərazidə Doku Umarovun dəstəsindən olan 4 nəfər öldürülüb. Öldürülən şəxslərin hamısı Doku Umarovun mühafizəçiləridir. Dövlət Dumasının deputatı Adam Delimxanov Doku Umarovun həmin əməliyyat zamanı ağır yaralandığını və böyük ehtimalla təqibdən yaxa qurtardığını deyib.
Xatırladaq ki, Doku Umarovun öldürülməsi ilə bağlı müxtəlif vaxtlarda mediada ən azı 5 dəfə xəbər dərc olunub, lakin bu xəbərlər təkzib edilib. Çeçenistan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik Umarovun öldürülməsi faktını rəsmən təsdiqləyə bilməyəcəklərini deyiblər. Doku Umarov “İçkeriya Respublikası”nın sabiq prezidenti Aslan Məshədovun ölümündən sonra bu tanınmamış qurumun prezidenti seçilib. O, 2007-ci ildə özünü Qafqaz müsəlmanlarının lideri elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR