Bank Of Baku

Ermənistanın xarici borcu 1 milyard 577 milyon dollardır

Ermənistanın xarici borcu 1 milyard 577 milyon dollardır
# 09 iyun 2009 09:19 (UTC +04:00)
İrəvan – APA. 2008-ci il dekabrın 31-nə olan məlumata əsasən Ermənistanın xarici borcu 1 milyard 577 milyon dollar təşkil edir. APA-nın “Armenia Today” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan maliyyə nazirinin müavini, baş xəzinədar Atom Cancuqazyan parlamentdə 2008-ci ilin dövlət büdcəsinin icrası mövzusunda çıxış edərkən deyib. O bildirib ki, xarici borc hazırda Ümumi Daxili Məhsulun 13,2%-i qədərdir, halbuki 2007-ci ildə bu miqdar 15,7% olub. A. Cancuqazyan xarici borcun 99,1%-nin güzəştli beynəlxalq kreditlərdən ibarət olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR