Bank Of Baku

Qazaxıstanda silah anbarında partlayış baş verib

Qazaxıstanda silah anbarında partlayış baş verib
# 09 iyun 2009 09:34 (UTC +04:00)
Almatı. Ləman Ağayeva-APA. Almatı vilayəti İliysk rayonunun Karao qəsəbəsidə Milli Təhlükəsizlik Komitəsinə məxsus N saylı hərbi hissədə döyüş sursatı saxlanılan anbarda yanğın olub. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, partlayış zamanı 1 hərbi qulluqçu ölüb. Fövqəladə Hallar Xidmətinin səyi nəticəsində ərazidə yaşayan 46 ailə və 120 hərbi qulluqçu təhlükəli zonadan uzaqlaşdırılıb. Gecə ərzində silah-sursat saxlanılan anbarlarda bir neçə dəfə təkrar partlayış baş verib. Yanğını yalnız bu gün səhər saatlarında söndürmək mümkün olub. Yanğın yaranan ərazidə hüquq-mühafizə orqanlarının təmsilçilərindən ibarət operativ qərargah yaradılıb. Yanğının söndürülməsinə 157 adam və 40 texnika çəlb edilib. İki minatəmizləyən qrupu səhər tezdən ərazini təmizləməyə başlayıb. Faktla bağlı Sərhəd Qoşunları hərbi prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR