Bank Of Baku

Viktor Yuşşenkonun keçmiş kürəkəni qarət edilib

Viktor Yuşşenkonun keçmiş kürəkəni qarət edilib
# 09 iyun 2009 10:57 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun keçmiş kürəkəni Mixail Qonçar Kiyevdə naməlum şəxslərin hücumuna məruz qalıb. APA-nın Ukraynanın “Seqodnya” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 7-də baş verib. Gecə saat 03-də mühafizəçilərin müşayiəti olmadan evinə dönən M. Qonçar liftin onun yaşadığı 6-cı mərtəbəyə qalxdığını gördükdə ehtiyatlanıb. O özü liftlə 5-ci mərtəbəyə qalxıb və qapısının ağzında 3 maskalı şəxsin dayandığını görüb. M. Qonçar qaçmağa çalışsa da, həmin şəxslər ona yetişərək maşına oturdub, hansısa meşə sahəsinə aparıblar. Evin, seyfin açarlarını alan basqınçılar iş adamını orada qoyaraq evə dönüblər. Oğrular evdən 1,2 milyon qrivna (150 min dollardan çox) pul və çoxlu sayda bahalı saat götürərək aradan çıxıblar. Fakt üzrə qarət maddəsi ilə cinayət işi qaldırılıb. Qarətdə M. Qonçarın mühafizəçisinin əlinin olduğu güman edilir.
Qeyd edək ki, M. Qonçar V. Yuşşenkonun qızı Vitalina ilə evli olub. Onların bir qızı var. Prezident hazırda ailəsinin bu şəxslə heç bir əlaqəsi olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR