Bank Of Baku

Dağıstanda daxili işlər şöbəsinə silahlı basqın olub

Dağıstanda daxili işlər şöbəsinə silahlı basqın olub
# 10 iyun 2009 07:43 (UTC +04:00)
Mahaçkala-APA. Mahaçkala yaxınlığında Dağıstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsinin əməkdaşı güllələnib. APA-nın məlumatına görə, “OMON” əməkdaşı işdən evə qayıdan zaman silahlı qrupun hücumuna məruz qalıb. Silahlıların sayı və öldürülən şəxsin adı açıqlanmır. Bu gecə bir qrup silahlı şəxs Dağıstanın Qarabudaqkənd rayon daxili işlər şöbəsinə basqın ediblər. On nəfərə yaxın silahlı binanı bir saat ərzində avtomat və pulemyotlardan atəşə tutublar. Əraziyə əlavə milis dəstələri və hərbi texnika gətirilib. Tərəflərin atışmada nə qədər itki verdiyi açıqlanmır. Basqında iştirak edən silahlı şəxslərdən saxlanan olub-olmadığı da məlum deyil. Xatırladaq ki, ötən həftə Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirov da snayper tüfəngindən açılan atəşlə qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR