Bank Of Baku

Mixail Saakaşvili və Levan Qaçeçiladzenin görüşündə həbs olunan müxalifətçilərin azadlığa buraxılması barədə razılıq əldə olunub

Mixail Saakaşvili və Levan Qaçeçiladzenin görüşündə həbs olunan müxalifətçilərin azadlığa buraxılması barədə razılıq əldə olunub
# 10 iyun 2009 07:51 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müxalifət lideri Levan Qaçeçiladze arasında keçirilən görüşdə həbs olunan müxalifət nümayəndələrinin azadlığa buraxılması barədə ilkin razılaşma əldə olunub. APA-nın məlumatına görə, Levan Qaçeçiladze prezidentə saxlanan müxalifət nümayəndələrinin siyahısını təqdim edəcəyini bildirib. Həbsdə nə qədər müxalifət nümayəndəsinin olduğu məlum deyil, polislə toqquşmada 10-a yaxın şəxsin həbs olunduğu güman edilir. Qaçeçiladze prezidentlə görüşdə Rusiya-Gürcüstan münasibətləri, Saakaşvilinin istefası və ölkədəki durumla bağlı vəziyyətin müzakirə olunduğunu deyib: “Bu gün mən Saakaşvlinin xalqla hansısa kompromisə getmək niyyətində olduğunu müşahidə etmədim. O əsasən Rusiyadan qaynaqlanan təhlükə və bu təhlükə qarşısında xalqın birləşməli olduğu barədə danışırdı”. Qaçeçiladze prezidentlə görüşdən sonra da müxalifətin aksiyalarının davam edəcəyini və bu aksiyaların daha radikal xarakter daşıyacağını bildirib. Müxalifət lideri prezidentlə daha bir görüş keçiriləcəyini də istisna etməyib. Qeyd edək ki, Gürcüstanda aprelin 9-dan başlayaraq prezident Saakaşvilinin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR