Bank Of Baku

İnquşetiya Ali Məhkəməsinin sədr müavini qətlə yetirilib

İnquşetiya Ali Məhkəməsinin sədr müavini qətlə yetirilib
# 10 iyun 2009 08:38 (UTC +04:00)
Nazran-APA. İnquşetiya Ali Məhkəməsinin sədr müavini Aza Qazqereyeva qətlə yetirilib. APA-nın məlumatına görə, xidməti maşınında güllələnən hakim təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Atəş nəticəsində daha altı nəfər xəsarət alıb. İlkin məlumata görə, Aza Qazqereyeva uşaqlarını bağçaya aparan zaman silahlı hücuma məruz qalıb. Hadisə Bakı vaxtı ilə 9.40 radələrində baş verib. Naməlum şəxslər hakim və daha üç nəfərin olduğu maşına avtomat silahlardan atəş açıblar. Yaralılar Respublika Mərkəzi Xəstəxanasına gətirilib. Cinayətkarlar hadisə yerini boz rəngli “Jiquli” markalı maşında tərk ediblər. Yaralanan şəxslər arasında bir yaşlı körpə uşaq da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR