Bank Of Baku

Viktor Yuşşenko prezidentliyinin ilk 2 ilində 26 dəfə cərrahiyyə əməliyyatına məruz qaldığını açıqlayıb

Viktor Yuşşenko prezidentliyinin ilk 2 ilində 26 dəfə cərrahiyyə əməliyyatına məruz qaldığını açıqlayıb
# 10 iyun 2009 09:04 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko prezidentliyinin ilk 2 ilində 26 dəfə cərrahiyyə əməliyyatına məruz qaldığını bəyan edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko bunu Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. Bu faktı ilk dəfə açıqladığını söyləyən dövlət başçısı bildirib ki, əməliyyatlardan kimsənin xəbəri olmurdu: “Həftənin cümə günləri hər kəs istirahətə gedərkən mən əməliyyata girirdim, birinci günlər isə işə çıxırdım”. V. Yuşşenko hər əməliyyatın 3 saat davam etdiyini də əlavə edib.
Xatırladaq ki, 2004-cü ilin prezidenti seçkiləri kampaniyası zamanı V. Yuşşenko qəflətən zəhərlənib. Ağır vəziyyətdə Avstriyanın Vyana şəhərindəki klinikalardan birinə aparılan V. Yuşşenkonun qanında dioksin kimyəvi maddəsi aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR