Bank Of Baku

Viktor Yuşşenko: “Mən günahkar bəndəyəm, amma meydanda mənimlə birlikdə dayanan insanları satmamışam”

Viktor Yuşşenko: “Mən günahkar bəndəyəm, amma meydanda mənimlə birlikdə dayanan insanları satmamışam”
# 10 iyun 2009 09:22 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko “narıncı inqilab” zamanı meydanda onunla çiyin-çiyinə dayanan insanların heç birini satmadığını bildirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, günahsız bəndə yoxdur: “Sizin aranızda günahsız insan varmı? Yoxdur. Sizin qarşısında dayanan şəxs də günahları olan bəndədir”.
Dövlət başçısı bank işçisi olarkən siyasətdən uzaq durmağa çalışdığını, lakin vəziyyətin dəyişdiyini, əvvəlcə baş nazir olduğunu, daha sonra isə meydan hərəkatında xalqın qarşısına çıxdığını söyləyib. V. Yuşşenko meydanda onunla bərabər dayananları yaxşı xatırladığını vurğulayıb: “Mənimlə birlikdə olanların bir qismi karyera, bir qismi mənfəət üçün orada dayanmışdı. Üçüncülər isə ideya arxasınca gedənlər idi. Mən indi sizin qarşınızda sanki ikonanın qarşısındayam və demək istəyirəm ki, heç kəsi incitməmişəm”.
V. Yuşşenko meydan hərəkatının qələbəsindən sonra tərəfdarları arasında portfel bölgüsü üzündən parçalanma yarandığını qeyd edib: “Orada bir qadın, bir kişi vardı. Sonrasını bilirsiniz”. Prezidentin sözlərinə görə, meydandakı bir çox insan vəzifə aldıqdan sonra peşəkarlıq səviyyələrinin çatışmazlığı səbəbindən bu vəzifələrlə bacarmadılar. V. Yuşşenko bildirib ki, kimin nəyə qadir olduğunu əvvəlcədən bilmədiyinə görə özünü günahlandıra bilməz: “Siz demək istəyirsiniz ki, onların alnında kim olduqları yazılmışdı? Yoxsa mən onları öz şəxsi mənafeyim üçün vəzifəyə dəvət etmişdim?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR