Bank Of Baku

Moskvada irimiqyaslı terror aktı törətməyə hazırlaşan 16 yaşlı neonasist həbs olunub

Moskvada irimiqyaslı terror aktı törətməyə hazırlaşan 16 yaşlı neonasist həbs olunub
# 10 iyun 2009 09:52 (UTC +04:00)
Moskva-APA. Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Qələbə Günü ərəfəsində - mayın 5-də terror aktı törədilməsinin qarşısını alıblar. APA-nın məlumatına görə, terror aktına hazırlıqla bağlı Lyublinodan olan 16 yaşlı neonasist saxlanıb. Onun 8 kiloqramlıq partlayıcı qurğunu adamların gur olduğu yerdə partlatmağa hazırlaşdığı güman edilir. Həmin şəxsin indiyədək keçirilmiş digər terror aktlarında iştirakı istisna edilmir. Qeyd edək ki, 2007-ci ilin mayında Moskvada irimiqyaslı terror aktının qarşısı alınıb. Mayın 8-də paytaxtın Profsoyuz küçəsində içərisində 20 kiloqram plastid olan, minalanmış “VAZ-2107” markalı maşın aşkarlanıb. Terror aktına hazırlıqla bağlı 3 nəfər Çeçenistan vətəndaşı həbs olunub, onlara qarşı Çeçenistan prezidenti Əhməd Kadırova qarşı terror aktı gerçəkləşdirmək maddəsi ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR