Bank Of Baku

Ukrayna prezidenti: “Jurnalistlərin və ictimaiyyətin sayəsində ölkədə qiyamı əngəllədik”

Ukrayna prezidenti: “Jurnalistlərin və ictimaiyyətin sayəsində ölkədə qiyamı əngəllədik”
# 10 iyun 2009 09:55 (UTC +04:00)
Kiyev – APA. “Mən tez-tez təkrarlamaq istəmirəm, ancaq “gələcəkdə Yuşşenko harada olacaq” deyə narahatlıq duymayın. Hansı dövlətdə, hansı cəmiyyətdə, hansı hüquqlarla yaşayacağınıza görə narahat olun”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu sözləri prezident Viktor Yuşşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. Yuliya Timoşenko ilə Viktor Yanukoviç arasında ittifaqın və köklü Konstitusiya dəyişikliyi ilə bağlı razılığın baş tutmamasını dəyərləndirən dövlət başçısı bəyan edib ki, bu çevriliş cəhdini cəmiyyət və jurnalistlər əngəllədi. O bildirib ki, son iki həftədə ölkə “QKÇP”nin Ukrayna variantını yaşayıb və bu, həm prezident kimi onun üçün, həm də hər bir sadə vətəndaş üçün çətin sınaq idi: “İnsanlardan gizlin demokratiyanı, müstəqilliyi və vahidliyimizi əlimizdən almaq istəyirdirlər”.
Bununla yanaşı, V. Yuşşenko əlavə edib ki, bu qiyamın baş tutmasının mümkünsüzlüyünə əmin idi. O, hər zaman prezidentin parlamentdə seçilməsinə yol verməyəcəyini təkrarladığını xatırladıb. Dövlət başçısının sözlərinə görə, ictimaiyyəti vicdanla məlumatlandıran jurnalistlər və Konstitusiya dəyişikliyi niyyətinə qarşı çıxan vətəndaşların mövqeyi “Yuliya Timoşenko” bloku ilə Regionlar Partiyasının planlarını pozub: “Jurnalistlərin və ictimaiyyətin sayəsində biz qiyamın həyata keçirilməsinə yol vermədik. Bu gün (iyunun 9-da – APA.) Konstitusiyaya dəyişiklik etmək istəyirdilər. Amma bu, alınmadı. Prosesin fiqurantlarından birinin dediyi kimi, hər şey əldən çıxdı”.
Viktor Yuşşenko onu da bildirib ki, baş nazir Yuliya Timoşenko mütləq prezident seçkilərində iştirak etməlidir: “Yuliya Vladimirovna Timoşenko bu seçkiyə getməyə məcburdur. Onun blokundan olan deputatlardan biri mənə dedi ki, fraksiyada Viktor Yanukoviçlə ittifaqın zəruriliyi əsaslandırılarkən Yuliya Vladimirovna ümumxalq seçkisində uduzacağını, ona görə də Regionlar Partiyası ilə geniş koalisiya yaratmağın yeganə yol olduğunu vurğulayıb. Bu yolla o, baş nazir kimi öz hüquqlarını qoruyacaqdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR