Bank Of Baku

Çerkizov bazarından müsadirə olunmuş həyat üçün təhlükəli uşaq paltarlarının məhvinə 200 milyon rubl xərc tələb olunur

Çerkizov bazarından müsadirə olunmuş həyat üçün təhlükəli uşaq paltarlarının məhvinə 200 milyon rubl xərc tələb olunur
# 10 iyun 2009 13:55 (UTC +04:00)
Moskva-APA. Hüquq-mühafizə orqanları əməkdaşlarının Çerkizov bazarında müsadirə etdiyi, paytaxta qaçaqmal yolu ilə gətirilmiş uşaq paltarının məhv edilməsi üçün ən azı 200 milyon rubl vəsait tələb olunur. APA-nın məlumatına görə, həyat üçün təhlükəli olan uşaq paltarlarının məhv edilməsi dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçiriləcək. Dünən gecə “Ekotexprom” zavodunda bu paltarların ilk partiyası məhv edilib. Moskva şəhər məhkəməsinin 29 may tarixli qərarı ilə 22 konteyner uşaq paltarının məhvinə icazə verilib. İstintaq qrupu digər konteynerlərdən ekspertiza üçün nümunələr götürülüb. Ümumilikdə 6 min konteynerdə 100 min tona yaxın paltar olduğu güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR