Bank Of Baku

Məşhur kriminal avtoritet Tariel Oniani həbs edilib

Məşhur kriminal avtoritet Tariel Oniani həbs edilib
# 11 iyun 2009 11:35 (UTC +04:00)
Moskva – APA. Moskva ətrafındakı Qorki-2 qəsəbəsində Rusiya vətəndaşı olan gürcü kriminal avtoritet Tariel Oniani yaxalanıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, T. Oniani ilə birlikdə onun mühafizəçiləri də həbs edilib. Onlar gürcü sahibkarın oğurlanmasında ittiham olunurlar. Oğurlanan biznesmenin buraxılması müqabilində 250 min dollar alınmasına baxmayaraq, T. Oniani ondan yenə pul tələb edirmiş.

Qeyd edək ki, T. Oniani 2006-cı ildə Rusiya kriminal aləmində təsir dairələrini bölən məşhur ”qanuni oğru”dur. O, 2008-ci ilin iyulunda Piroqovsk su anbarında keçirilən iri “oğru sxodkası”nın təşkilatçısı olub. 2006-cı ildə İspaniya polisi T. Oniani haqqında axtarış elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR