Bank Of Baku

Gürcüstanın Zuqdidi dəmir yolu vağzalında baş vermiş partlayışlarla bağlı bir nəfər rus saxlanılıb

Gürcüstanın Zuqdidi dəmir yolu vağzalında baş vermiş partlayışlarla bağlı bir nəfər rus saxlanılıb
# 11 iyun 2009 14:22 (UTC +04:00)
Tiflis – APA. İyunun 11-nə keçən gecə Gürcüstanın Zuqdidi şəhərinin dəmir yolu vağzalında baş vermiş partlayışlarla bağlı milliyyətcə rus olan şəhər sakini saxlanılıb. APA-nın “Qruziya Online” portalına istinadən verdiyi məlumata görə, bu şəxs üçüncü partlayışın baş verdiyi yerdə yaxalanıb. O, ifadəsində partlayışdan sonra iki kişinin yaxınlaşaraq Abxaziyaya gedən yolu öyrənmək istədiklərini söyləyib. Polis saxlanılan şəxsi bütün gecə dindirib. Onun şübhəli şəxs kimi istintaqa cəlb edilib-edilmədiyi bəlli deyil.

Qeyd edək ki, Zuqdidi dəmir yolunda əvvəlcə boş yük vaqonunda, sonra zibil qabında, daha sonra isə vağzal yaxınlığındakı polis bölməsinin yanında dayanmış yük avtomobilində partlayış baş verib. Bir nəfərin ağır yaralandığı partlayışlardan sonra Zuqdidi-Tiflis qatar reysi ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR