Bank Of Baku

Viktor Çernomırdin Rusiyanın Ukraynadakı səfiri vəzifəsindən azad edilib

Viktor Çernomırdin Rusiyanın Ukraynadakı səfiri vəzifəsindən azad edilib
# 12 iyun 2009 07:25 (UTC +04:00)
Moskva-APA. Prezident Dmitri Medvedyevin sərəncamı ilə Rusiyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Viktor Çernomırdin tutduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, digər sərəncamla sabiq səfir MDB ölkələri ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi təyin olunub. Qeyd edək ki, Viktor Çernomırdin 2001-ci ilin mayından Rusiyanın Ukraynadakı səfiri vəzifəsini icra edir. Buna qədər o, Dövlət Dumasının deputatı, “Qazprom”un Direktorlar Şurasının sədri, baş nazir olub. “Kommersant-Ukrayna” qəzetinin yazdığına görə, Viktor Çernomırdin səhhəti ilə əlaqədar vəzifədən azad olunması ilə bağlı hələ qışda prezidentə ərizə ilə müraciət edib. Diplomatik mənbələr artıq sabiq səfirin yaşının və səhhətinin bu vəzifəni tutmağa imkan vermədiyini bildirirlər. Rusiyanın Ukraynadakı səfiri vəzifəsinə ən layiqli namizəd xarici işlər nazirinin müavini, 59 yaşlı Qriqori Karasin hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR