Bank Of Baku

Dağıstanda “Mahaçqala camaatı”nın lideri öldürülüb

Dağıstanda “Mahaçqala camaatı”nın lideri öldürülüb
# 13 iyun 2009 07:22 (UTC +04:00)
Bakı – APA. İyunun 12-də Mahaçqalada keçirilmiş xüsusi əməliyyat nəticəsində iki silahlı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Dağıstan Daxili İşlər Nazirliyi öldürülənlərdən birinin “Mahaçqala camaatı”nın lideri Ömər Ramazanov olduğu barədə xəbər yayıb. İkinci yaralının şəxsiyyəti də artıq məlumdur. Bu Murad Fayzulayevdir.

Əməliyyat zamanı hüquq-mühafizə orqanının bir əməkdaşı də həlak olub. Bəzi məlumatlara görə, yaraqlılarla atışma Mahaçqalanın mərkəzində baş verib. Ramazanov və Fayzulayevin içərisində olduğu avtomobil mühasirəyə alınsa da, onlar təslim olmaqdan imtina edib, atəş açmağa başlayıblar. Yaraqlıları məhv edən hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildən avtomat silah, tapança və sənədlər aşkarlayıblar.

Qeyd edək ki, hər iki yaraqlı bir neçə gün əvvəl “OMON”-çunu öldürməkdə şübhəli bilinərək axtarılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR