Bank Of Baku

Braziliya prezidentinin sabah Qazaxıstana səfəri başlayır

Braziliya prezidentinin sabah Qazaxıstana səfəri başlayır
# 16 iyun 2009 12:47 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Braziliya Federativ Respublikasının prezidenti Luis İnasiu Lula da Silvanın sabah Qazaxıstana səfəri başlayır. APA-nın Qazaxıstan müxbirinin məlumatına görə, bu, Latın Amerikası regionu liderinin Mərkəzi Asiyaya ilk səfəridir.

Braziliya prezidenti səfər çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev və baş nazir Kərim Mənsimovla görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadiyyatın aktual problemləri, kənd təsərrüfatı, dağ mədən sənayesi, enerji və enerji yataqlarının alternativ variantları barədə ətraflı müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR