Bank Of Baku

ABŞ-ın Tiflisdəki səfirliyi yaxınlığında partlayış olub

ABŞ-ın Tiflisdəki səfirliyi yaxınlığında partlayış olub
# 22 sentyabr 2010 14:59 (UTC +04:00)
APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Tiflis meriyasının Fövqəladə Hallar Xidmətinin rəhbəri Teymur Giorqadze partlayışın paytaxtın Diqomi rayonunda keçmiş avtomobil bazarı ilə ABŞ səfirliyi arasında yerləşən qəbiristanlıqda saat 1.30 - 2.00 arasında baş verdiyini deyib: “Müvafiq xidmətlər araşdırma aparır. Partlayışın gücü və hansı qurğunun işə salındığı bir qədər sonra məlum olacaq”.

T. Giorqadze partlayışın ABŞ səfirliyinin 100 metrliyində baş verdiyini söyləyib.

Onun sözlərinə görə, hədisə zamanı heç kim zərər çəkməyib, yalnız qəbiristanlığın beton hasarı zədələnib.

Şəhər sakinləri isə partlayışın səsinin digər rayonlarda da eşidildiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR