Bank Of Baku

MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
# 23 sentyabr 2010 12:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 20-də Ukraynanın Krım Muxtar Respublikasının Partenit qəsəbəsində MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, iclasda MDB ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinə dair bir çox məsələ müzakirə olunacaq. Bu məsələlər arasında iştirakçı ölkələr arasında hərbi əməkdaşlıq Konsepsiyası çərçivəsində görülən işlərin təhlili, şuranın 2011-ci il üçün iş planının təsdiqlənməsi də var.

Müdafiə nazirləri öz aralarında hərbi-texniki əməkdaşlıq məsələlərini, o cümlədən MDB ölkələri silahlı qüvvələrinin təmir, ehtiyat hissələrlə təchizat, silah və hərbi texnikalarının modernləşdirilməsi üzrə Koordinasiya Mərkəzinin hazırlanmış normativ hüquqi bazasını müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan da MDB Müdafiə Nazirləri Şurasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR