Bank Of Baku

“QKÇP”-nin rəhbəri Gennadi Yanayev vəfat edib - FOTO

“QKÇP”-nin rəhbəri Gennadi Yanayev vəfat edib - <font color=red>FOTO</font>
# 24 sentyabr 2010 08:16 (UTC +04:00)
APA-nın məlumatına görə, 72 yaşlı Yanayevin uzun zamandan bəri ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Ötən həftə ağır formalı ağciyər xəstəliyi ilə xəstəxanaya yerləşdirilən sabiq vitse-prezident bu gücə dünyasını dəyişib.

Qeyd edək ki, Gennadi Yanayev 1937-ci ildə anadan olub. 1986-1990-cı illərdə SSRİ Ümumittifaq Həmkarlar İttifaqının sədri vəzifəsində çalışan Yanayev 1991-ci ildə gerçəkləşdirilən, lakin iflasa uğrayan hərbi çevrilişin əsas ideoloqu olub. O zaman Fövqəladə Vəziyyət Dövlət Komitəsi (QKÇP) SSRİ-də hakimiyyətin dəyişdiyini bəyan edib və Yanayevi prezidentin səlahiyyətlərini icra edən şəxs elan edib. “QKÇP” devrildikdən sonra Yanayev cinayət məsuliyyətinə cəlb olunub. Bir neçə il “Matrosskaya tişina”da yatan sabiq vitse-prezident 1994-cü ildə amnistiya əsasında azadlığa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR