Bank Of Baku

“Ded Xasan” xəstəxanadan çıxıb

“Ded Xasan” xəstəxanadan çıxıb
# 24 sentyabr 2010 10:05 (UTC +04:00)
APA-nın “Komsomolskaya pravda”ya istinadən verdiyi məlumata görə, xəstəxananın həkimləri hər gün A. Usoyanın evinə gedərək onun müalicəsini davam etdirəcəklər. Botkin Xəstəxanasındakı anonim mənbə bildirib ki, “Ded Xasan”ın durumu artıq kritik deyil və o, özünə gəlib

Kriminal avtoritetin tam düzəlmədən evə göndərilməsinə səbəb xəstəxanada yaranmış vəziyyətdir. Belə ki, “Ded” xəstəxanaya gətirildiyi andan onun silahlı mühafizəçiləri və hüquq-mühafizə orqanlarının silahlı əməkdaşları xəstəxanada 24 saat növbətçilik ediblər. Xəstəxanaya giriş-çıxışlar çox çətinləşib. Digər xəstələr qorxu içində olub. Bu səbəblə Usoyan özünə gələn kimi evinə göndərilib.

Qeyd edək ki, postsovet məkanında ən nüfuzlu kriminal avtoritetlərdən biri sayılan, milliyyətcə yezidi kürdü olan Aslan Rəşid oğlu Usoyan sentyabrın 16-da Moskva şəhərində sui-qəsdə məruz qalıb. O, Tver küçəsindəki evdən çıxarkən tapançadan açılan atəşlə ağır yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR