Bank Of Baku

Elmira Süleymanova: “Ombudsman vətəndaşların bütün hüquqlarının təmin olunmasını diqqət mərkəzində saxlayır”

Elmira Süleymanova: “Ombudsman vətəndaşların bütün hüquqlarının təmin olunmasını diqqət mərkəzində saxlayır”
# 24 sentyabr 2010 19:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “ Ombudsman vətəndaşların bütün hüquqlarının təmin olunmasını diqqət mərkəzində saxlayır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri sentyabrın 23-24-də Gürcüstanda beynəlxalq konfransda iştirak edən Azərbaycan ombudsmanı Elmira Süleymanova APA-nın əməkdaşına bildirib. Onun sözlərinə görə, noyabrın 7-də keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq görülüb: “Seçki hüquqlarında çoxsaylı dəyişikliklər var. Biz bu dəyişikliklər barədə 55 rayonda söhbətlər aparmışıq. Dairə seçki məntəqələrində olmuşuq. Bu məntəqələrdə hər cür şərait var. Veb kameralar da qoyulub. Seçkinin gedişinə birbaşa Bakıdan nəzarət ediləcək. İşimizin mahiyyəti odur ki, seçkilərdə hər bir kəsin iştirak etməsi təmin olunsun. Məsələn, elə vətəndaşlar var ki, hərbi qulluqdan tərxis olunub və yaxud cəzaçəkmə müəssisəsindən çıxıb, yenicə həyat quran gəlin başqa bir rayona köçüb. Bütün bunlar təkmilləşdirilmiş seçki hüquqlarında daha aydın göstərilib. Seçki zamanı heç bir polis və icra nümayəndəsi seçkiyə müdaxilə edə bilməz. Bizim sahədə ixtisaslaşmış müşavirlərimiz var. Onlar yerlərdə seçkilərdə iştirak edəcəklər. Seçicilərə sərbəst toplaşmaq azadlığı verilib. Onlar yalnız özlərinin niyyətləri haqqında müvafiq orqanlara məlumat verəcəklər. Hər bir rayonda açıq və qapalı yerlər ayrılıb ki, seçicilər öz məqsədlərini deyə bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR