Bank Of Baku

Dağıstanda keçirilən xüsusi əməliyyatda beş terrorçu zərərsizləşdirilib

Dağıstanda keçirilən xüsusi əməliyyatda beş terrorçu zərərsizləşdirilib
# 25 sentyabr 2010 08:20 (UTC +04:00)
Mahaçqala-APA. Dağıstanın Kızılyurt rayonunda keçirilən xüsusi əməliyyatda beş terrorçu öldürülüb. APA-nın məlumatına görə, terrorçuların meyitləri xüsusi əməliyyat zamanı ağır silahlardan açılan atəş nəticəsində uçmuş evin dağıntıları altından tapılıb. Öldürülənlərdən dördü kişi, biri qadındır. Terrorçulardan birinin üzərində “şəhid qurşağı” aşkarlanıb. Bu, əməliyyat zamanı aşkarlanan ikinci “şəhid qurşağı”dır, birinci partlayıcı qurğu evdə gizlənən qadının bədənində işə düşüb və nəticədə yanğın baş verib. Əməliyyatın aktiv mərhələsi başlamazdan əvvəl xüsusi təyinatlılar bir qadın və uşağı evdən çıxarmağa müvəffəq olublar. Öldürülən şəxslərin sentyabrın 13-də zərərsizləşdirilmiş Şamil Maqomednabiyevin dəstəsinin üzvləri olduğu bildirilir. Hələlik terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onlar Yusif Maqomedov və Şaxban Əliyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR