Bank Of Baku

Dağıstanda sahə müvəkkili öldürülüb

Dağıstanda sahə müvəkkili öldürülüb
# 27 sentyabr 2010 11:34 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Qarabudaqkənd rayonunun Leninkənd kəndində sahə müvəkkili və ailəsi terrora məruz qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər sahə müvəkkilinin evinin qarşısına gələrək onu çağırıblar. Milis əməkdaşı qapıya yaxınlaşarkən güllələnib. Güllə səsinə gələn milisin həyat yoldaşı və qızı da atəşə tutulub. Milis və qızı hadisə yerində ölüblər, qadın isə çoxsaylı gülə yaraları ilə xəstəxanaya çatdırılıb. Basqınçılar olay yerindən qaçıblar.

Dağıstan DİN-in saytında isə olayla bağlı fərqli versiya verilib. Bu məlumata əsasən milis evinin yanında avtomobildən çıxarkən atəşə tutulub. Onun xanımı isə yaralansa da, xəstəxanadan evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR