Bank Of Baku

Belarusda prezidentliyə namizədlər üçün imza toplama kampaniyasına start verilib

Belarusda prezidentliyə namizədlər üçün imza toplama kampaniyasına start verilib
# 27 sentyabr 2010 12:33 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Dekabrın 19-da Belarusda keçiriləcək prezident seçkilərində 17 namizəd iştirak edəcək. APA-nın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, Belarus Mərkəzi Seçki Komissiyasında namizədlərin qeydiyyatı prosesini başa çatdırıb. İmza toplama kampaniyası sentyabrın 30-dan oktyabrın 29-na kimi davam edəcək.
MSK bu gün 16 təşəbbüs qrupunu qeydə alıb, daha bir qrup keçən həftə qeydiyyata alınıb.
Fəaliyyətdə olan prezident Aleksandr Lukaşenko ilə yanaşı ölkənin başçısı vəzifəsi uğrunda şair Vladimir Neklyayev, iqtisadçı Yaroslav Romançuk, Yaşıllar Partiyası sədrinin müavini Yuri Qluşakov, keçmiş xarici işlər nazirinin müavini Andrey Sannikov, müxalifət nümayəndəsi Ales Mixaleviç, iş adamı Dmitri Uss, Belarus Xalq Cəbhəsinin üzvü Qriqori Kostusyev, Liberal-Demokrat Partiyasının sədri Sergey Qaydukeviç, müxalifətçi Vitali Rımaşevski, muxalifətçi Nikolay Statkeviç, müvəqqəti işləməyən Sergey İvanov, alim İvan Kulikov, təqaüdçü İvan Borisov, iş adamı Vladimir Provalski, bitərəf Serqey Rıjov və iş adamı Viktor Tereşşenko mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR