Bank Of Baku

“İmarat Qafqaz” terror təşkilatının İnquşetiya bölməsinin lideri həbs olunub

“İmarat Qafqaz” terror təşkilatının İnquşetiya bölməsinin lideri həbs olunub
# 27 sentyabr 2010 15:35 (UTC +04:00)
Bakı-APA.Şimali Qafqazda “İmarat Qafqaz” təşkilatının İnquşetiya bölməsinin rəhbəri İsa Xaşaqulqov həbs olunub. APA-nın məlumatına görə, terror təşkilatının lideri Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıb. Onun harada və hansı şəraitdə saxlandığı açıqlanmır. Xaşaqulqov qanunsuz silah dövriyyəsi və qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda ittiham olunur. Şənbə günü Xaşaqulqovun evində axtarış aparılıb. Hüquq müdafiəçiləri “İmarat Qafqaz”ın liderinin Qarabulaqdan Narzana gələrkən yolda saxlandığını bildirir. Xatırladaq ki, iyunun 9-da “İmarat Qafqaz”ın silahlı birləşmələrinin komandiri, “Maqas” ləqəbli Əli Taziyev həbs olunub. O, İnquşetiya prezidenti Yunusbek Yevkurova sui-qəsd təşkil etməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR