Bank Of Baku

Dmitri Medvedev: “Etimadımı itirən başqa vəzifəlilər də işdən çıxarla bilər”

Dmitri Medvedev: “Etimadımı itirən başqa vəzifəlilər də işdən çıxarla bilər”
# 28 sentyabr 2010 12:32 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev “etimadını itirdiyi üçün” formulu əsasında yeni işdən çıxarmaların olacağını istisna etməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D. Medvedev bunu Çinin Şanxay şəhərində jurnalistlərə açıqlamasında deyib. O, Moskva meri Yuri Lujkovun vəzifədən kənarlaşdırılmasının səbəbinin fərmanda tam əks olunduğunu söyləyib: “Mən Rusiya Federasiyasının prezidenti olaraq Yuri Mixayloviç Lujkova Moskva meri kimi etimadımı itirmişdim”.

D. Medvedev fərmanı imzalamazdan əvvəl bu barədə baş nazir Vladimir Putini məlumatlandırdığını bildirib. O, merin birinci müavini Vladimir Resini mer səlahiyyətlərinin icraçısı təyin etməsinin səbəbini də açıqlayıb: “O, təcrübəli insandır, vəziyyəti bilir və əminəm ki, qanuna uyğun olaraq mer vəzifəsinə namizədlər seçilib mənə təqdim olunana qədər normal idarəçilik sistemini qoruyub saxlamağa qadirdir. Moskvaya kimin rəhbərlik edəcəyini mən müəyyənləşdirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR