Bank Of Baku

Moldovada parlament buraxılıb

Moldovada parlament buraxılıb
# 28 sentyabr 2010 14:58 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, M. Gimpu Konstitusiya və qanunları rəhbər tutaraq bu addımı atdığını açıqlayıb: “Opponentlərim xalqa yalan söyləyərək mənim parlamentin buraxılması barədə fərman imzalamayacağımı iddia edirdilər. Mən isə qanuna əməl edərək yalnız Konstitusiya və qanunvericiliyi rəhbər tutub bu fərmanı imzalayıram”.

Qeyd edək ki, sentyabrın 21-də Moldova Konstitusiya Məhkəməsi parlamentin mövcud tərkibinin prezident seçə bilmədiyini, bu səbəblə qanunverici orqanın buraxılmalı olduğuna dair rəy verib. Belə ki, Moldova parlamenti iki dəfə - 2009-cu ilin noyabr və dekabr aylarında prezident seçə bilməyib. Konstitusiyaya uyğun olaraq bu halda parlament buraxılmalı idi. Lakin M. Gimpu bu addımı gecikdirib. Prezidentin xalq tərəfindən seçilməsi haqda Konstitusiyaya dəyişiklik edilməsi üçün keçirilən referendum isə yetərsay olmadığından baş tutmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR