Bank Of Baku

Acarıstanda iş adamını oğurlayan iki nəfər həbs olunub

Acarıstanda iş adamını oğurlayan iki nəfər həbs olunub
# 28 sentyabr 2010 16:44 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan DİN Konstitusiya Təhlükəsizliyi Departamenti insan oğurluğunda şübhəli bilinən iki nəfəri saxlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə departament rəhbərinin müavini Soso Topuridze bildirib. Vətəndaşın qanunsuz saxlanılmasına və buna görə pul tələb edilməsinə görə Acarıstan sakinləri Kaxaber Qoqoberidze və Zaza Naqervadze saxlanılıb. İstintaqın məlumatına görə, onlar iş adamı Qoça Kaxaberidzeni öz maşını ilə birlikdə oğurladıqdan sonra onu buraxmaq üçün 200 min dollar istəyiblər. Polis saxlanılan şəxsi azad etməyə nail olub və cinayət qrupunu həbs edib. Saxlanan şəxslərin günahları sübuta yetirilərsə insan oğrularını 20 il həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR