Bank Of Baku

Rusiyanın hüquq-mühafizə orqanları Yuri Lujkov və həyat yoldaşının fəaliyyətini yoxlamağa başlayıb

Rusiyanın hüquq-mühafizə orqanları Yuri Lujkov və həyat yoldaşının fəaliyyətini yoxlamağa başlayıb
# 29 sentyabr 2010 09:13 (UTC +04:00)
APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, yoxlamalar müxalifətçi Boris Nemtsovun və Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin müraciətləri əsasında aparılır. B. Nemtsov hüquq-mühafizə orqanlarından özünün “Lujkov. Yekunlar” və “Lujkov. Yekunlar-2” adlı məruzələrində əks olunmuş faktların yoxlanılmasını xahiş edib. V. Jirinovski isə müraciətinə “Moskva hökumətinin korrupsiya fəaliyyəti haqqında” məruzəsini əlavə edib.

B. Nemtsov jurnalistlərə bildirib ki, məruzələrində əks olunmuş iki epizod üzrə artıq bütün sübutlar toplanıb və Prokurorluğun İstintaq Komitəsi cinayət işlərinin qaldırılması üçün siqnal gözləyir. V. Jirinovskinin vəkili Sergey Belyak isə Y. Lujkov haqqında yoxlamaların başlanması haqda 3 həftə əvvəl məlumat aldığını açıqlayıb.

Yoxlamalarda iştirak edən məmurlardan biri bu barədə xəbərləri təsdiqləyərək deyib ki, Y. Lujkovun fəaliyyətində xidməti vəziyyətindən sui-istifadə halları aşkarlana bilər. Söhbət “İnteko”nun Moskva hökumətinə paytaxtın cənub-qərbində yerləşən torpaq sahəsi satmasından gedir. İstintaqı maraqlandıran ikinci epizod “Fəhlə və kolxozçu qız” heykəlinin təmirinə dair keçirilmiş tenderlə əlaqədardır.

Xatırladaq ki, Y. Lujkov sentyabrın 28-də prezident Dmitri Medvedevin fərmanı ilə Moskva meri vəzifəsindən çıxarılıb. Bunun ardınca KİV-də onun əleyhinə informasiya kampaniyası başlayıb. “Kommersant” bu cür proqramların davam edəcəyini yazıb. Belə ki, NTV Boris Nemtsovun iştirakı ilə “Doroqoy Yuri Mixayloviç” sənədli filmini nümayiş etdirməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR