Bank Of Baku

Moskva ətrafında inkassator maşınına hücum olub, 7 milyon rubl oğurlanıb

Moskva ətrafında inkassator maşınına hücum olub, 7 milyon rubl oğurlanıb
# 29 sentyabr 2010 09:43 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Moskva vilayətinin İstrinsk rayonunda inkassatorlara hücum edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, üç naməlum şəxs BMW markalı avtomobillə Zaxarovo kəndində “Qazel” markalı inkassator avtomobilinin yolunu kəsib. Onlar tapança ilə sürücü, kassir və mühafizəçiyə hədə-qorxu gələrək 7 milyon rubl pulu götürüblər və hadisə yerindən qaçıblar. Oğurlanan pul kotteclərin tikintisi ilə məşğul olan “Krokus” firmasının əməkdaşlarının əmək haqlarının ödənilməsi üçün nəzərdə tutulubmuş.

Faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR