Bank Of Baku

Moskva hökuməti istefaya göndərilib

Moskva hökuməti istefaya göndərilib
# 29 sentyabr 2010 09:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” mer səlahiyyətlərinin müvəqqəti icraçısı Vladimir Resinə yaxın mənbələrə istinadən məlumat yayıb. Mənbə bu qərarın “Moskva hökuməti haqqında” qanuna uyğun olaraq atıldığını deyib. Qanuna əsasən mer vəzifədən kənarlaşdırıldıqdan sonra şəhər administrasiyası də istefaya göndərilməlidir. Ümumilikdə 250-yə yaxın A kateqoriyalı məmur işdən çıxarılıb. Lakin onların hamısı yeni hökumət formalaşana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

Qeyd edək ki, Moskva Şəhər Dumasında çoxluqda olan “Yedinaya Rossiya” Partiyası iki həftə ərzində mer vəzifəsinə namizədləri prezidentə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR