Bank Of Baku

İosif Kobzon: “Yuri Lujkov məhkəməyə müraciət etmək fikrindədir”

İosif Kobzon: “Yuri Lujkov məhkəməyə müraciət etmək fikrindədir”
# 29 sentyabr 2010 10:19 (UTC +04:00)
Bakı – APA. Moskva şəhərinin keçmiş meri Yuri Lujkov vəzifədən çıxarılması haqda prezident fərmanı ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Y. Lujkovun yaxın dostu, tanınmış sənətçi İosif Kobzon deyib. Belə ki, İ. Kobzon Y. Lujkov istefaya göndərildikdən sonra onunla söhbət edib və məhkəmə yolunun faydasız olduğunu söyləyib: “Lakin o, prinsipial adamdır və belə görünür ki, öz dediyini edəcək”.

İ. Kobzon Y. Lujkov və ətrafı haqqında cinayət işləri qaldırılsa və təzyiqlər davam etdirilsə belə dostunun ölkəni tərk etməyəcəyini bildirib. O qeyd edib ki, Lujkov işləməyə davam edəcək: “Bunun siyasi, yoxsa təsərrüfat fəaliyyəti olacağını zaman göstərəcək”.

Moskva Şəhər Dumasının sədri Vladimir Platonov da Y. Lujkovun prezidentin qərarından 10 gün müddətində Ali Məhkəməyə şikayət etmək hüququ olduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR