Bank Of Baku

Qırğızıstan hökuməti Kurmanbek Bakiyev və ona yaxın şəxslərin yaxalanması üçün 6 ölkəyə müraciət edib

Qırğızıstan hökuməti Kurmanbek Bakiyev və ona yaxın şəxslərin yaxalanması üçün 6 ölkəyə müraciət edib
# 30 sentyabr 2010 12:43 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın Baş Prokurorluğu keçmiş prezident Kurmanbek Bakiyev, onun oğulları Marat və Maksim, qardaşı Janıbek, keçmiş baş nazir Daniyar Usenov, Dövlət Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Murat Sutalinov və daha 14 nəfərin saxlanılması xahişi ilə 6 ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müraciət Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Özbəkistan və Böyük Britaniyaya göndərilib.

Adları çəkilən şəxslər 2010-cu il aprelin 7-də Bişkekin Ala-Too meydanında baş verən kütləvi ölümlərdə, eləcə də bir sıra vəzifə cinayətlərində ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR