Bank Of Baku

Lukaşenko Rusiyanı Belarus müxalifətini maliyyələşdirməkdə ittiham edib

Lukaşenko Rusiyanı Belarus müxalifətini maliyyələşdirməkdə ittiham edib
# 01 oktyabr 2010 16:49 (UTC +04:00)
Bakı - APA. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı onun əleyhdarlarını maliyyələşdirməkdə ittiham edib.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, A.Lukaşenko bu sensasiyalı bəyanatı rusiyalı jurnalistlərlə görüşündə səsləndirib.

Prezident bildirib ki, Belarus sərhədində müxalifət üçün nəzərdə tutulmuş 200 min dolları gətirən kuryer həbs olunub: “Biz bu pulları kimin verdiyini də bilirik. Pullar Rusiyadan birbaşa deyil, Litva və Polşa vasitəsilə göndərilir”.

Bununla belə, A.Lukaşenko kuryerin kimliyi və nə vaxt həbs olunması haqda açıqlama verməyib. Belarus müxalifətinin liderləri hələlik bu ittihama münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR