Bank Of Baku

Məhsəti türkləri Kaxeti bölgəsinə köçürüləcək

Məhsəti türkləri Kaxeti bölgəsinə köçürüləcək
# 01 oktyabr 2010 21:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Məhsəti türkləri Gürcüstanın Kaxeti bölgəsinə köçürüləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə gürcü mətbuatı məlumat yayıb. “Rezonansi” qəzetinin yazdığına görə, tarixi vətənlərinə qayıtmaq istəyən türklər 7 min nəfərdir və onların çoxu Kaxeti bölgəsinə və Sxinvalinin yaxınlığındakı kəndlərə yerləşdiriləcək. Məhsəti türklərinin “Ümumdünya məhsətilər konqres”inin sədri Sandro Xozrevanidzenin dediyinə görə, məhsəti türklərinin köçürülməsi barədə söz-söhbət yayılıb və bu mövzuda qaçqınların köçürülməsi və yerləşdirilməsi üzrə nazirlikdə danışıqlar aparılır, amma rəsmi şəkildə heç bir qərar qəbul olunmayıb. Nazirlik harada boş evlər varsa, məhsəti türklərini oraya yerləşdirmək barədə fikirləşir. Xozrevanidzenin dediyinə görə, köçkünlər üçün hara köçürülməyin heç bir fərqi yoxdur, təki onların həm evi, həm də torpağı olsun.

Lakin “Məhsəti türkləri cəmiyyəti” nin sədri İsmayıl Molidze Məhsəti türklərinin Sxinvali regionuna köçürülməsinin qəti əleyhinədir. Onun sözlərinə görə, “onların real müharibə təhlükəsi olan regionda heç bir işi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR