Bank Of Baku

Ukrayna məhkəməsi prezidentin səlahiyyətlərini artırıb

Ukrayna məhkəməsi prezidentin səlahiyyətlərini artırıb
# 01 oktyabr 2010 22:23 (UTC +04:00)
Bakı-APA. Ukraynanın Konstitusiya Məhkəməsi ölkədə prezidentə parlamentdən daha çox səlahyyət verərək, prezident Viktor Yanukoviçin ölkəyə nəzarətini gücləndirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Məhkəmə 2004-cü ildə parlamentin səlahiyyətlərinin artırılmasına dair qərarı ləğv edib. Məhkəmə bildirib ki, hökumət bu dəyişiklikləri qəbul edərkən konstitusiya prosedurlarını pozub. 2004-cü ildə qəbul edilmiş dəyişikliklər qanunvericilərə baş nazir və digər rəsmiləri təyin etməsi kimi səlahiyyət vermişdi. İndi bu səlahiyyət yenidən prezidentə verilir. Müxalifət lideri Yuliya Timoşenko bildirib ki, oktyabrın 1-i Ukraynada demokratiyanın süqutu kimi yadda qalacaq. Prezident Yanukoviçin bu ilin əvvəli hakimiyyətə gəlməsindən sonra müttəfiqləri 2004-cü ildə Narıncı İnqilibı nəticəsində prezidentin itirdiyi səlahiyyətləri bərpa etmək üçü ona təzyiq göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR