Bank Of Baku

Rusiyadakı kömür mədənində may ayında baş verən partlayışda ölən dörd şaxtaçının cəsədi çıxarılıb

Rusiyadakı kömür mədənində may ayında baş verən partlayışda ölən dörd şaxtaçının cəsədi çıxarılıb
# 02 oktyabr 2010 16:13 (UTC +04:00)
Bakı. Fərid Əkbərov - APA. Rusiyanın Kemerovskiy vilayətində yerləşən kömür mədənində bu ilin may ayında baş verən partlayış zamanı ölən dörd şaxtaçının cəsədi çıxarılıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, “Raspadskaya” mədənində axtarış aparan xilasedicilər cəsədləri bu gün 67 metr dərinlikdən tapıblar.
19 şaxtaçının taleyi isə naməlum olaraq qalır.
Qeyd edək ki, bu il may ayının 9-da dünyanın ən böyük kömür mədənlərindən biri olan “Raspadskaya” mədənində iki dəfə partlayış baş verib. Dörd saat ara ilə baş verən partlayışlar nəticəsində 68 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR