Bank Of Baku

Mahaçqalada milis zabiti öldürülüb

Mahaçqalada milis zabiti öldürülüb
# 02 oktyabr 2010 22:45 (UTC +04:00)
Bakı-APA. Mahaçqalada İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin zabiti qətlə yetirilib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşının idarə etdiyi avtomobil naməlum adamlar tərəfindən atəşə tutulub.
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən milis zabiti aldığı yaralardan xəstəxanaya aparılarkən yolda vəfat edib.

Bu gün Dağıstanın paytaxtında aparılan iki xüsusi əməliyyat nəticəsində beş yaraqlı öldürülüb və iki mülki şəxs yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR