Bank Of Baku

Rusiyada bir ailə məhv edilib

Rusiyada bir ailə məhv edilib
# 04 oktyabr 2010 07:51 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Yekaterinburq şəhərində bir nəfər qardaşını, onun həyat yoldaşını və övladını qətlə yetirib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, oktyabrın 4-nə keçən gecə şəhərin Lenin rayonunda, Malışev küçəsindəki binanın sakinləri pilləkan meydançasında qadın meyiti görüblər. Hadisə yerinə gələn mili əməkdaşları mənzilə daxil olduqda öldürülmüş qadının həyat yoldaşı və 5 yaşlı oğlunun meyitləri ilə qarşılaşıblar. Həmin vaxt qatil içəridə olub. O, 4-cü mərtəbədən tullanaraq qaçmaq istəyib. Lakin ayağı qırılıb və milislər tərəfindən yaxalanıb. 29 yaşlı cinayətkar həbs edilib. Hazırda cinayətin motivi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR