Bank Of Baku

MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının Azərbaycanda keçiriləcək iclasında 20-dən artıq məsələ müzakirə olunacaq

MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının Azərbaycanda keçiriləcək iclasında 20-dən artıq məsələ müzakirə olunacaq
# 04 oktyabr 2010 09:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Hidrometeorologiya Şurasının oktyabrın 5-6-də Azərbaycanın Qəbələ şəhərində keçiriləcək iclasında 20-dən artıq məsələ müzakirə olunacaq. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasın gündəliyi 6 hissədən ibarətdir.

Birinci hissəyə milli hidrometeorologiya xidmətlərinin fəaliyyəti, onların MDB və Ümumdünya Meteoroloqlar Təşkilatı çərçivəsində əməkdaşlığı, hidrometeoroloji təhlükəsizlik üzrə Konsepsiyanın yerinə yetirilməsində birgə fəaliyyət planının həyata keçirilməsi və digər ümumi məsələlər salınıb.

Gündəliyin ikinci hissəsi yerüstü müşahidə şəbəkəsinə aid məsələlərə aid olacaq. Üçüncü hissə elmi tədqiqat və elmi-metodik işlər, dördüncü hissə müşahidə materiallarının hazırlanması və nəşri, beşinci hissə peyk vasitəsilə informasiya qəbul etmək sisteminin həyata keçirilməsi, Yer kürəsini izləyən qrupun fəaliyyətində iştirak və s. məsələlərdən ibarət olacaq.

Şura üzvləri bir sıra təşkilatı məsələlərə də baxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR