Bank Of Baku

Kreml: Rusiya və Belarus rəhbərliyi arasında münasibətlər dalana dirənib

Kreml: Rusiya və Belarus rəhbərliyi arasında münasibətlər dalana dirənib
# 04 oktyabr 2010 14:52 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bəyan edib ki, Rusiya ilə Belarus rəhbərliyinin münasibətləri dalana dirənib və əvvəlki kimi olmayacaq. O bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya rəhbərliyini tənqid edərək antirusiya mövzusu üzərində yenidən prezident seçilmək istəyir və iki ölkə arasında olan münasibətləri pozur: “Digər ölkələrin prezidentləri Rusiyanın daxili işlərinə qarışmamalıdır, o cümlədən region başçılarının təyinatı və istefası məsələlərinə”.

Rusiya prezidenti Dmitri Medvedyev də öz videobloqunda A. Lukaşenkonu kəskin tənqid edib. O, Belarus prezidentini seçkiqabağı kampaniyada antirusiya ritorikasından istifadə etməkdə günahlandırıb və tövsiyə edib ki, Lukaşenko ölkəsində olan problemlərə diqqət ayırsın – məsələn, müxalifət nümayəndələrinin itməsinə. Medvedyev Rusiyanın Belarusa iqtisadi yardımlarını xatırladaraq bildirib ki, Lukaşenko Abxaziya və Cənubi Osetiyanı tanımaq barədə vədlərini yerinə yetirməyib.

Qeyd edək ki, A. Lukaşenko Moskva meri Yuri Lujkovun istefaya göndərilməsindən narazı qaldığı dilə gətirib. O bəyan edib ki, Rusiya rəhbərliyi onu vəzifəsindən kənarlaşdırmağa cəhd edir və Belarus müxalifətini maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR