Bank Of Baku

Rusiya Daxili Qoşunlarının sabiq kəşfiyyat rəhbəri intihar edib

Rusiya Daxili Qoşunlarının sabiq kəşfiyyat rəhbəri intihar edib
# 04 oktyabr 2010 15:06 (UTC +04:00)
Bakı - APA. Rusiya DİN-in Daxili Qoşunlarının kəşfiyyat idarəsinin sabiq rəis müavini intihar edib.

APA-nın RBK-ya istinadən xəbərinə görə, general-mayor Valeri Çervizov Moskvada tapançadan başına atəş açmaqla özünü öldürüb.

Hadisə yerinin müayinəsi zamanı ölümqabağı məktub tapılmayıb.

47 yaşlı V.Çervizov 2002-ci ildə təqaüdə çıxıb. Elə o vaxtdan hüquqi xidmət sahəsində fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR