Bank Of Baku

Tacikistanda silahlı qruplaşmaların zərərsizləşdirilməsi əməliyyatında 5 milis əməkdaşı həlak olub

Tacikistanda silahlı qruplaşmaların zərərsizləşdirilməsi əməliyyatında 5 milis əməkdaşı həlak olub
# 04 oktyabr 2010 16:25 (UTC +04:00)
Bakı – APA. Son iki gün ərzində Tacikistanın Rəşt rayonunda silahlı qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat zamanı 5 milis əməkdaşı həlak olub. APA-nın “Aziya-Plyus” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, silahlı qrupların üzvlərindən 2-si öldürülüb.

Qeyd edək ki, Rəşt 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı islamçı müxalifətin əsas dayaq nöqtəsi idi. Keçmiş səhra komandirlərinin yaşadığı bu bölgədə vəziyyət son aylarda yenidən gərginləşib. Sentyabrın ortalarında Kamarob dərəsində hərbçilərin avtomobil karvanı atəşə tutulub. Nəticədə 20-dən çox adam ölüb. Bundan sonra ərazidə iri miqyaslı hərbi əməliyyat başlayıb. Tacikistan prezidenti silahlıları təslim olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR