Bank Of Baku

Gürcüstanda ətraf mühiti çirkləndirməyə görə inzibati məcəllə qəbul edilib

Gürcüstanda ətraf mühiti çirkləndirməyə görə inzibati məcəllə qəbul edilib
# 05 oktyabr 2010 16:48 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri yeni inzibati məcəllə qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazir Qoqa Xaçidze məlumat verib. Onun jurnalistlərə dediyinə görə, bu məcəllədə ətraf mühitin çirkləndirilməsinə görə maliyyə sanksiyaları nəzərdə tutulub. Təmizlik qaydalarına riayət etməyən fiziki şəxslər 200 lari, hüquqi şəxslər, idarə və təşkilatlar isə 1000 lari məbləğində cərimə olunacaqlar. Bu cərimələr tikinti və məişət tullantılarını yollara, çaylara, parklara, idman meydançalarına, avtomobil dayanacaqlarına, bazarların yaxınlığına atmağa, zibilin daşınması və təmizlik qaydalarını pozmağa görə təkrar ətraf mühiti çirkləndirən fiziki şəxslərə 500 lari, hüquqi şəxslərə isə 3000 lari cərimə tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR