Bank Of Baku

Türkiyədə yaşayan etnik gürcülər Gürcüstanda imtahan vermədən təhsil alacaqlar

Türkiyədə yaşayan etnik gürcülər Gürcüstanda imtahan vermədən təhsil alacaqlar
# 05 oktyabr 2010 16:53 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Türkiyədə yaşayan və etnik azlıqlar olan gürcülər bu il gürcü ali məktəblərində dövlət hesabına təhsil alacaqlar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın elm və təhsil nazirliyi və diasporla əlaqə üzrə dövlət nazirliyi aparatı, eyni zamanda ölkənin aparıcı universitetləri "Gürcüstanda təhsil al" proqramını həyata keçirilməsinə başlayacaqlar. Proqram Türkiyədə yaşayan gənclər üçün hazırlanıb. Proqrama görə, ilk dərs ilində 20 nəfər gənc imtahansız gürcü ali məktəblərinə qəbul olunacaq. Təhsil zamanı tələbələr təqaüdlə təmin olunacaq və dərslər gürcü dilində tədris olunacaq. Proqrama görə, təhsilin ilk ili gürcü dilinin öyrənilməsinə həsr ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR