Bank Of Baku

MDB Xarici İşlər Nazirləri Şurası və Dövlət Başçıları Şurasının iclaslarının gündəliyi qəbul olunub

MDB Xarici İşlər Nazirləri Şurası və Dövlət Başçıları Şurasının iclaslarının gündəliyi qəbul olunub
# 07 oktyabr 2010 12:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin daimi nümayəndələr Şurasının iclası keçirilib. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daimi nümayəndələr dekabrın 9-da Moskvada MDB XİN başçıları Şurasının, dekabrın 10-da isə Dövlət Başçıları Şurasının iclaslarının gündəliyinin layihələrini müzakirə ediblər.

Şuraların iclaslarının gündəliyinə beynəlxalq gənclərarası əməkdaşlığın strategiyasının, 2015-ci ilə kimi hərbi əməkdaşlıq Konvensiyasının, MDB dövlət başçılarının Çernobıl qəzasının 25 illiyi ilə bağlı müraciətinin layihələri salınıb.

2011-ci ildə Yuri Qaqarinin kosmosa ilk səfərinin 50 illiyi ilə bağlı MDB ölkələrində aprelin 12-də bu hadisəyə həsr olunmuş vahid dərs keçirilməsi təklifinə də baxılacaq.

Şuraların iclasında qida təhlükəsizliyi sahəsində ATƏT-lə əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Daimi nümayəndələr Şurasının növbəti iclası noyabrın 9-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR