Bank Of Baku

Viktor Yanukoviç: «Ukraynada növbədənkənar parlament seçkiləri keçirilməyəcək»

Viktor Yanukoviç: «Ukraynada növbədənkənar parlament seçkiləri keçirilməyəcək»
# 08 oktyabr 2010 23:16 (UTC +04:00)
Bakı-APA. 2004-cü ilin siyasi islahatlarının ləğv olunması ilə əlaqədar Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilməyəcək. Ukrayna prezidenti Viktor Yanukoviç belə bir bəyanatla çıxış edib.

«Seçkilər Konstitusiya ilə nəzərdə tutulmuş vaxtda olacaq», deyə Yanukoviç bildirib.

Ukrayna parlamentinə növbəti seçkilər 2012-ci ildə keçiriləcək. 2004-cü ilin siyasi islahatlarının ləğvi kontekstində müxalifət növbədənkənar seçkilər keçirməyi tələb edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR